“Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq” – XİN 

“Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq” – XİN 

Hazırda oxunan: “Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq” – XİN 

111934

“2022-ci il ərzində Beynəlxalq Ədalət Məhkəməsi və AİHM-də Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür və bu, ədavam etməkdədir”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Moskva danışıqlarını pozub” - XİN 


Onun sözlərinə görə, eyni zamanda, bu ay Azərbaycan Ermənistana qarşı 2022-ci ilin may-avqust ayında Ermənistanın Laçın şəhəri və iki qonşu kəndi tərk edərkən yüzlərlə yaşayış yerini yandırması, məhvetməsi ilə bağlı yeni dövlətlərarası şikayət təqdim edib və bununla bağlı ziyana görə kompensasiyanın ödənilməsi tələb edilir.

“Bu proseslərin özünəməxsusluğu var. 2023-cü ilin əvvəlindən tərəfimizdən Azərbaycanın Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərinin qanunsuz istismarına qarşı yeni iddialar irəli sürüləcək”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO