Komitə sədrindən Xankəndində seçkilərin keçirilməsi ilə bağlı AÇIQLAMA

Komitə sədrindən Xankəndində seçkilərin keçirilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Komitə sədrindən Xankəndində seçkilərin keçirilməsi ilə bağlı AÇIQLAMA

111893

“Prezidentin institusional və kadr dəyişiklikləri xalqımız tərəfindən rəğbətlə qarşılanır, çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir. Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

“İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini Konstitusiya və qanunlara tabe olmağa, düşmənçiliyə son qoymağa imkan verəcək.
Əgər bir vaxtlar Robert Koçaryan və Serj Sarkisyan Qarabağdan Ermənistan prezidentliyinə getmişdilərsə, indi erməni toplumunun özünə kənardan rəhbər gətirməsi xilas yolu ola bilməz. Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır.

İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir.

Bir vaxtlar keçmiş sovet məkanına nümunə kimi göstərilən Saakaşvilinin son taleyi sübut edir ki, totalitarizmdən demokratiyaya keçid inqilabi deyil, məhz Prezident İlham Əliyevin tədricən həyata keçirdiyi siyasət nəticəsində mümkündür.

İndi dünyanın bölüşdürülməsi və mürəkkəb çağırışlar şəraitində idarəçilik sistemimiz çevik şəkildə dəyişir, yeni məmurlər və elita üçün güzəştsizlik, hesabatlılıq, sərt tələblər önə çıxır, xüsusi kasta və imtiyazlı təbəqə, oliqarxiyanın idarəçiliklə çulğalaşması kimi məfhumlar aradan qalxır.

Azərbaycan təkcə coğrafi cəhətdən deyil, həm də hüquqi, siyasi və idarəçilik baxımından da bütövləşir.

Parlament bütün gücü və resurslarla hüquqi-siyasi islahatlara yüksək dəstək verir. İnanırıq ki, Qərbi Azərbaycan torpaqlarına dinc qayıdışı yeni milli ideologiya kimi irəli sürən Prezident İlham Əliyevin rəhbərliyi altında Xankəndində keçiriləcək seçkilər, formalaşacaq qanuni idarəçilik strukturları ərazi bütövlüyündən siyasi-hüquqi bütövlüyə keçidi başa çatdıracaq.
Xalqımızın çoxsərlik tarixində yalnız indi həm cənubun, həm şimalın, həm şərqin, həm də qərbin-bütün dünya azərbaycanlıların tək bir lideri var”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO