Naxçıvan Ali Məclisinin ləğvi ilə bağlı parlamentdən AÇIQLAMA 

Naxçıvan Ali Məclisinin ləğvi ilə bağlı parlamentdən AÇIQLAMA 

Hazırda oxunan: Naxçıvan Ali Məclisinin ləğvi ilə bağlı parlamentdən AÇIQLAMA 

111883

“Vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, Konstitusion islahatlar və Birinci Qarabağ Müharibəsi dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib. 90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi. Lakin indi qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib. 

“Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi. Lakin Zəfərdən sonra mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız Konstitusion dəyişikliklərlə mümkündür”, - deyə komitə sədir əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO