“Qərbi azərbaycanlılar, siz də torpaqlarınıza qayıdacaqsınız” – Vitse-spiker 

“Qərbi azərbaycanlılar, siz də torpaqlarınıza qayıdacaqsınız” – Vitse-spiker 

Hazırda oxunan: “Qərbi azərbaycanlılar, siz də torpaqlarınıza qayıdacaqsınız” – Vitse-spiker 

111870

“Qərbi Azərbaycanla bağlı məsələ siyasi, tarixi və mənəvi tərəfləri özündə birləşdirir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Fəzail İbrahimli səsləndirib. 

“Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşündə səsləndirdiyi fikirlər dünya ictimaiyyətinin nəzər-diqqətini Azərbaycana, Azərbaycan-Ermənistan münasibətlərinə, tariximizə yönəltdi. Pezidentin qeyd etdiyi İrəvanın Ermənistana verilməsi məsələsi adi fikir deyil.
Bu, dövlət başçısının bəyanatı idi. Bu gün paytaxtı İrəvan olan Ermənistan bizim torpaqlarımızda dövlət qurub. Eyni zamanda, çıxışda Ermənistandan deportasiya edilmiş soydaşlarımızın keçdiyi yola nəzər salınır.

Burada faciəvi yol gündəmə gətirilir, dünya ictimaiyyətinə çatdırılır. Digər tərəfdən, xalqımız əzilir, tarixin sınaqlarından çıxır, amma torpaq təəssübkeşliyini unutmur”, - deyə vitse-spiker əlavə edib.

Fəzail İbrahimli Qərbi azərbaycanlılara müraciət edib: 

“Siz də öz torpaqlarınıza qayıdacaqsınız. Necə ki, biz vaxtilə “Qarabağa qayıdacağıq” deyirdik, əminəm ki, bir gün parlamentə “biz Ermənistana qayıdırıq” məsələsi də gündəmə gələcək”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO