“Dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var” – Tahir Kərimli 

“Dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var” – Tahir Kərimli 

Hazırda oxunan: “Dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var” – Tahir Kərimli 

111866

“Biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsindəyik. Son on illər ərzində ilk dəfədir ki, mən bu bayramı böyük sevinclə qarşılayıram”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.

“Cənab Prezident Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının qorunması, onların öz dillərində təhsil alması məsələsini qaldırdı. İlham Əliyev bütün dünya azərbaycanlılarında böyük ümid yaradıb. Bu gün dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var.
Hər kəs bilməlidir, bizim qarşımızda böyük vəzifələr var. Böyük Azərbaycanın qurtuluşunun başlanğıcı Qarabağdan başlayıb. 

Eyni zamanda, ölkə içərisində böyük vəzifələrimiz var. Daxildəki inhisarçıları, korrupsionerləri kim neytrallaşdıra bilər?”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO