Xəbər verdiyimiz kimi, ABŞ Ukraynaya yeni hərbi yardım paketi açıqlayıb. Bu dəfəki paketə isə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxildir. Belə ki, ABŞ-ın Dövlət Katibi Entoni Blinken yeni hərbi paketin 1,85 milyard dollar həcmində olacağını elan edib.
Rusiya tərəfindən isə məsələyə reaksiya xeyli sərt olub. Kreml rəhbəri Vladimir Putin Ukraynadakı “Patriot”ların qanuni hədəf olacağını bildirib.
“Biz 100 faiz vuracağıq. “Patriot”lar kifayət qədər köhnə sistemlərdir" - deyən Putin, hətta Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərinin “Patriot”lardan daha yaxşı olduğunu iddia edib.
Bəs, Rusiya ordusunun, həqiqətən də, “Patriot”ları məhv etmək potensialı varmı?
Mövzunu Bizim.Media üçün şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Rusiya davamlı olaraq özünü olduğundan böyük göstərməyə cəhd edir:
“Lakin düşünmürəm ki, “Patriot”lara qarşı Rusiyanın imkanları çox da geniş olsun. Amma vacib olan Ukraynaya veriləcək sistemlərin sayıdır. Başqa sözlə desək, Ukraynaya veriləcək “Patriot”ların 3-5 ədəd olması müharibənin gedişində Rusiya üçün müəyyən problemlər yarada bilər. Amma sayın yetərli olmaması, Ukrayna səmasının Rusiya raketləri üçün tamamilə bağlanmasına imkan verməyəcək.
Hər bir halda, bu sistemlərin mart-aprel aylarından tez döyüş növbəsinə çıxarılması da hələlik mümkün görünmür.
Çünki burada həm çatdırılma, həm yerləşdirilmə, həm də heyətlərin sistemlərdən istifadə üçün hazırlanmasını, eləcə də “Patriot”ların Ukrayna hava hücumundan müdafiə sisteminə inteqrasiyası üçün tələb olunan zamanı nəzərə almalıyıq. İstənilən halda “Patriot” sistemlərinin Ukraynaya verilməsi, bu ölkənin HHM qoşunlarının potensialına kifayət qədər müsbət təsir edəcək”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:30 / 26.12.2022
Rusiya Ukrayna “Patriot”larını məhv edə biləcəkmi? – ABŞ müharibədə DÖNÜŞ YARADIR
Hazırda oxunan: Rusiya Ukrayna “Patriot”larını məhv edə biləcəkmi? – ABŞ müharibədə DÖNÜŞ YARADIR
Hazırda oxunan: Rusiya Ukrayna “Patriot”larını məhv edə biləcəkmi? – ABŞ müharibədə DÖNÜŞ YARADIR
111745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.