Xankəndi-Laçın yolunda aksiya iştirakçıları

Xankəndi-Laçın yolunda aksiya iştirakçıları "Yallı" rəqsini oynayıblar - VİDEO

Hazırda oxunan: Xankəndi-Laçın yolunda aksiya iştirakçıları "Yallı" rəqsini oynayıblar - VİDEO

111567

Xankəndi-Laçın yolunda keçirilən dinc aksiyaya qoşulan ekofəallar hazırda yüksək əhval-ruhiyyədədirlər.

Bizim.Media xəbər verir ki, etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Eyni zamanda iştirakçılar Azərbaycanın ən qədim milli rəqsi olan "Yallı" və digər rəqslər oynayıblar.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO