Paşinyanın növbəti sayıqlaması: \

Paşinyanın növbəti sayıqlaması: \"Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq\"

Hazırda oxunan: Paşinyanın növbəti sayıqlaması: \"Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq\"

1115

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyacağı təqdirdə, ölkəsinin eynicinsli evlilikləri qanuniləşdirəməyə hazır olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Panorama" nəşri yazır.

Paşinyan belə bir bəyanatla Ermənistan parlamentinin növbədənkənar iclasında çıxış edib: "Ermənistan, şübhəsiz ki, Avropanın bir hissəsidir və biz Avropa dəyərlərini qəbul etməyə hazırıq. Ancaq Avropa ölkələri dövlətimizin təhlükəsizliyinə sadiq olduqlarını göstərməlidirlər".

Paşinyanı hakim "Mənim addımım" koalisiyasından olan digər partiyalar da dəstəkləyib. Belə ki, "Missiya" partiyasının rəhbəri Manuk Sukiasyan deyib ki, AB Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa "borcludur", çünki bu, Qarabağın LGBT cütlüklərinə münasibətlərini qanuniləşdirmək imkanı verəcək: "Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq. Beləliklə də, Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınması regionun homoseksuallarına fayda verəcək".

Bundan əvvəl Ermənistanın Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bildirmişdi ki, cəbhədə gərgin vəziyyət səbəbindən Ermənistan silahlı qüvvələri transgenderlərin ən vətənpərvər təbəqələrdən biri olduğunu əsas gətirərək, onların da ordu bölmələri sıralarına cəlb edilməsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO