Dünyanın nüfuzlu şəxslərindən İlham Əliyevə doğum günü TƏBRİKLƏRİ 

Dünyanın nüfuzlu şəxslərindən İlham Əliyevə doğum günü TƏBRİKLƏRİ 

Hazırda oxunan: Dünyanın nüfuzlu şəxslərindən İlham Əliyevə doğum günü TƏBRİKLƏRİ 

111397

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. 

Bizim.Media xəbər verir ki, bu gün münasibətilə bir sıra nüfuzlu təşkilatların rəhbərləri və siyasi xadimlər İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. 

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə: 

“Zati-aliləri. 

Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 

Həm Prezident olduğum illərdə, həm də sabiq Prezident kimi fəxri status daşıdığım dövrdə Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı böyük uğurların şahidi olmağımdan məmnunluq duyuram. Bu müddət ərzində bir sıra sahələrdə intensiv əməkdaşlığımız sayəsində dəyərli dostluğumuzu dərinləşdirməyə nail olduq və dövlətlərimiz arasında bugünkü münasibətlərin təməlini qoyduq. 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi dünyanın müxtəlif guşələrinin elmi, mədəni və akademik dairələrinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, yüksək səviyyəli dövlət rəsmiləri ilə birlikdə dünya miqyaslı və dəyərli təşkilatın çoxsahəli fəaliyyətində iştirakımdan da xüsusi məmnuniyyət duyuram. Məhz görkəmli şair Nizami Gəncəvinin əsərlərinin və ruhunun, eyni zamanda, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələrinin təməlini təşkil edən multikulturalizm, sülh, əmin-amanlıq, sevgi, qarşılıqlı hörmət, bərabərlik kimi dəyərlər bütün qitələrdən müxtəlif mədəniyyətləri, fərqli mentalitet və maraqları bir araya gətirə bilib. 

Bu əlamətdar gün, eyni zamanda, Nizami Gəncəvinin qeyd olunan dəyərlərindən qaynaqlanaraq Sizin tarixi uğurlarınızı vurğulamaq üçün gözəl fürsətdir. Siz Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməyə nail oldunuz, xalqınıza sevinc və məmnunluq hisslərini bəxş etdiniz. 

Möhtərəm Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. 

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə: 

“Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. 

Sizə möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və xalqınızın rifahı naminə yeni və daha böyük zəfərlər diləyirəm”. 

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə: 

“Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 

Peşəkar keyfiyyətləriniz, vətənpərvərliyiniz, fəal vətəndaş mövqeyiniz, geniş dünyagörüşünüz, dialoqa hazır olmağınız Sizə həmvətənləriniz və xaricdəki həmkarlarınız arasında haqlı olaraq dərin hörmət qazandırıb. 

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası sanballı uğurlar qazanıb. Azərbaycan bu gün milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, respublikanın beynəlxalq imicinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaqla öz maraqlarını inamla irəlilətməkdə davam edir. 

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə daimi diqqətinizə və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunmasını yüksək qiymətləndiririk. 

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailənizə səadət, ruh yüksəkliyi, tükənməz enerji, ölkənizin rifahı naminə yeni-yeni uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm”. 

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə: 

“Möhtərəm İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə bütün quruculuq təşəbbüslərinizdə yeni-yeni nailiyyətlər diləyirəm. 

Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və çox böyük əməksevərliyiniz, gözəl işgüzar və insani keyfiyyətləriniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib. 

Sizin gözəl ölkənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoş güzəran və səadət arzulayıram. 

Dərin hörmət və ehtiramla Sizə və xanımınız Mehriban Arif qızına xoşbəxtlik arzularımı və ən xoş diləklərimi yetirirəm”. 

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə: 

“Möhtərəm İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 

Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və firavanlaşan Azərbaycanın təşəkkülü və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Siz uzaqgörənliyiniz və sarsılmaz iradəniz sayəsində müasir dövrün çoxsaylı siyasi və iqtisadi təhdidlərini dəf edərək ölkənin təhlükəsizliyinin, milli birliyinin möhkəmləndirilməsində, mənəvi dəyərlərin, respublikanın siyasi sabitliyinin və davamlı iqtisadi inkişafının təmin edilməsində sanballı uğurlar qazanmısınız. 

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoş günlər və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm. 

İcazə verin, Yeni il bayramı ərəfəsində Sizə, bütün doğmalarınıza və yaxınlarınıza xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycanın tərəqqisi naminə səmərəli fəaliyyətinizdə daim uğurlar diləyim. 

Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Əliyevlər ailəsinin möhtəşəm zəfərlərinin və gözəl ənənələrinin daha bir təntənəsi ili olacaq, qardaş Azərbaycan torpağına sülh, asayiş və firavanlıq gətirəcəkdir”. 

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə: 

“Möhtərəm İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 

Sizə görkəmli dövlət xadimi, istedadlı rəhbər, güclü və müdrik insan kimi dərin hörmət bəsləyirəm. 

Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında möhkəm iqtisadi və mədəni əlaqələr zamanın sınağından çıxıb. 

Əminəm ki, bizim çoxşaxəli tərəfdaşlığımız bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək, yeni perspektivli layihələrlə genişlənəcək. 

Möhtərəm İlham Heydər oğlu, əminəm ki, ali dövləti vəzifənizdə Sizi yeni-yeni uğurlar gözləyir. 
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO