"Mehriban Əliyeva AGF prezidenti seçildikdən sonra federasiyanın inkişafının əsası qoyuldu" — Altay Həsənov

Hazırda oxunan: "Mehriban Əliyeva AGF prezidenti seçildikdən sonra federasiyanın inkişafının əsası qoyuldu" — Altay Həsənov

111375

“Bu gün biz Azərbaycan Gimnastika Federasiyasının (AGF) 20 illiyini qeyd edirik, uzun, 20 illik inkişaf yolu keçmişik”. 

Bizim.Media sia.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirindən sonra jurnalistlərə açıqlamasında deyib.

A.Həsənov bildirib ki, 2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra federasiyanın uğurlu inkişafının əsası qoyuldu.

"Ötən illər ərzində idmançılarımız 5 dəfə olimpiya oyunlarında iştirak ediblər, irimiqyaslı yarışlarda mükafatlar qazanıblar. Bu illər ərzində biz beynəlxalq səviyyədə çoxsaylı məşqçilər, hakimlər hazırlamışıq", - deyə A.Həsənov əlavə edib.

A.Həsənov bildirib ki, Azərbaycanın 29 bölgəsində Gimnastika Federasiyasının bölmələri açılıb və inkişaf edir.

"Əlbəttə, çətinliklərimiz də olub, lakin bunların öhdəsindən məharətlə gəlmişik. Bizim federasiyamız böyük bir ailədir və bu ailənin başında Mehriban xanım Əliyeva dayanır.

Əminəm ki, növbəti 20 ildə daha çox nailiyyətlər əldə edəcəyik. Ölkəmiz inkişaf edir və biz də inkişaf edəcəyik, uğurlarımız qarşıdadır", - deyə AGF-nin vitse-prezidenti qeyd edib.

Qeyd edək ki, AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Rəsmi nümayəndələrin iştirak etdiyi mərasimdə AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən “20 il inkişafda” adlı kitabın təqdimat mərasimi keçirilib. Sonda çıxış edənlər AGF-nin yubileyi ilə bağlı öz təbriklərini çatdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO