Britaniyanın dövlət naziri Bakıdadır - YENİLƏNİB

Britaniyanın dövlət naziri Bakıdadır - YENİLƏNİB

Hazırda oxunan: Britaniyanın dövlət naziri Bakıdadır - YENİLƏNİB

11118

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana səfəri başlayıb. 

Bizim.Media-nın xəbərinə görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də yazıb. 

V.Morton Azərbaycana səfəri ilə bağlı tvitter hesabında paylaşım eib. O, Bakıya ilk dəfə səfər etdiyini bildirib:

“Salam Bakı, Azərbaycan! Qadın hüquqlarını inkişaf etdirmək, biznesdə və siyasətdə daha çox imkanlara sahib olmaları, şiddətdən müdafiələrini təmin etmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcəyəm".

Azərbaycana ilk səfərində nazir V. Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

***

Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton 8 fevral tarixində Azərbaycana iki günlük səfərə gələcək.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Son bir ildə Britaniyadan üç Çin casusu qovulub


Nazirin səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi, gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində nazir Vendi Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, dövlət naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək, ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO