Müdafiə naziri:

Müdafiə naziri: " Prezident etiraz etdi və dedi ki, Şuşanı vurmamalıyıq"

Hazırda oxunan: Müdafiə naziri: " Prezident etiraz etdi və dedi ki, Şuşanı vurmamalıyıq"

111152

“Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”. 

Bizim.Media report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

Z.Həsənov Şuşa əməliyyatları ilə bağlı xatirələrini bölüşüb:

“Biz hər səhər hərbi əməliyyatlarla bağlı Prezidentə məruzə edirdik. Şuşa əməliyyatı başlamazdan öncə mən bütün sənədləri toplayıb planımız haqqında məlumat verdim. Hərbi vasitələrlə hansı ərazilərin vurulacağı haqqında danışarkən, Prezident etiraz edərək dedi ki, bunları bir tərəfə qoy, çünki Şuşa bizim şəhərimizdir, tarixi abidələr, binalara ziyan vurmamalıyıq və yüngül silahlardan istifadə olunmalıdır”. 

Nazir deyib ki, Prezidentin göstərişi ilə Şuşa xüsusi təyinatlı qüvvələrin hərbi əməliyyatı nəticəsində azadlığına qovuşub: “Axşam saat 8, 9 radələrində artıq Şuşanın azad olunması haqqında Prezidentə telefonla məlumat verdim, dövlət başçısı da Azərbaycan Ordusunu təbrik etdi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO