Bu ölkə liderləri İlham Əliyevi TƏBRİK ETDİ

Bu ölkə liderləri İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Bu ölkə liderləri İlham Əliyevi TƏBRİK ETDİ

111097

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri. İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım. Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bu gün dinamik inkişaf yolunda inamla irəliləyir, cəmiyyət həyatının bütün sahələrində sanballı uğurlar qazanır və dünyada nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Azərbaycan Respublikası ilə Türkmənistanın çoxşaxəli tərəfdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Sizinlə bu yaxınlarda “Avaza” milli turizm zonasında Türkmənistan-Azərbaycan-Türkiyə Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində görüşümüzü xoş təəssüratlarla xatırlayıram.

Həmin görüşdə tərəflərin ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətin durmadan genişləndirilməsinə və möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqləndi.

Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq xalqlarımızın rifahı naminə dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələri əsasında bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".

XXX

Bununla yanaşı Moldova Respublikasının Prezidenti Maya Sandu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

Məktubda deyilir:

“Hörmətli cənab Prezident Əliyev.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin xüsusi xarakterini qeyd edirəm. Əminəm ki, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələri xüsusilə enerji, ticarət, kənd təsərrüfatı və mədəniyyət sahələrində bundan sonra da birgə səylərlə inkişaf edəcəkdir.

Həmçinin Azərbaycan Respublikasının mənim ölkəmə göstərdiyi köməyə görə minnətdarlığımı və dərin təşəkkürümü bildirmək istəyirəm.
Mən ölkələrimiz arasında siyasi dialoqun genişlənməsini yüksək qiymətləndirirəm və Moldova Respublikasına səfəriniz zamanı Sizi salamlamaqdan şərəf duyacağam.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO