Laçın yolundan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsi və bununla süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratması qəbuledilməzdir.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı bildirib.
Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini deyib.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardımın, sülhməramlı kontingentin avtomobilləri yoldan rahat şəkildə keçirlər: “Bu barədə çoxsaylı videolar var”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:40 / 22.12.2022
İrəvan erməniləri Laçın yolu ilə getməkdən ÇƏKİNDİRİR - Ceyhun Bayramov
Hazırda oxunan: İrəvan erməniləri Laçın yolu ilə getməkdən ÇƏKİNDİRİR - Ceyhun Bayramov
Hazırda oxunan: İrəvan erməniləri Laçın yolu ilə getməkdən ÇƏKİNDİRİR - Ceyhun Bayramov
111095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.