Misir Mərdanovdan Vasif Talıbova saxta diplom verilməsi ilə bağlı AÇIQLAMA - ÖZƏL

Misir Mərdanovdan Vasif Talıbova saxta diplom verilməsi ilə bağlı AÇIQLAMA - ÖZƏL

Hazırda oxunan: Misir Mərdanovdan Vasif Talıbova saxta diplom verilməsi ilə bağlı AÇIQLAMA - ÖZƏL

111083

Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib. E.Əliyev özünün sosial şəbəkə hesabında keçmiş sədri savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb.

Onun iddiasına görə Vasif Talıbov BDU-da hüquqşünas istisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə bu ali məktəbdən məzun olub.
Deputat onu da əlavə edib ki, araşdırmalar zamanı V.Talıbovun bir dəfə belə sessiyalarda iştirak etmədiyi, hətta imtahanlara qatılmadığı məlum olub.

Məsələ ilə bağlı sabiq rektor Misir Mərdanovla əlaqə saxladıq.

O Bizim.Media-ya açıqlamasında iddiaları qəbul etmədiyini bildirdi:

“Əvvəla, diplomu rektor yox, Universitet verir. Diplom da dərslərə davamiyyətə və biliyin qiymətləndirilməsinə görə verilir. İkincisi, o zaman mən artıq Təhsil naziri idim”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO