“Gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq” – Aleksandar Vuçiç 

“Gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq” – Aleksandar Vuçiç 

Hazırda oxunan: “Gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq” – Aleksandar Vuçiç 

110924

"Serbiya və Azərbaycanın müdafiə sənayesində texnologiya mübadiləsi və üçüncü ölkələrin bazarlarına birlikdə bəzi məhsullar çıxara bilməsi üçün böyük potensialı var". 

Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib. 

Serbiya Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə çox məhsuldar müzakirələr apardığını qeyd edib:

“Hesab edirəm ki, müdafiə sektorunun nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik.
Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO