Serbiya Prezidenti:

Serbiya Prezidenti: "Hər dəfə Bakıya gələndə böyük tərəqqinin şahidi oluram"

Hazırda oxunan: Serbiya Prezidenti: "Hər dəfə Bakıya gələndə böyük tərəqqinin şahidi oluram"

110915

"Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük tərəqqinin şahidi oluram". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında çıxışı zamanı deyib. 

"Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər", - deyə Serbiya rəhbəri bildirib. 

Vuçiç qeyd edib ki, hər dəfə Bakıya gələndə böyük tərəqqinin şahidi olur:

“Deyərdim ki, inanılmaz tərəqqini görürəm. Buna görə mənim dostum Sizi (Prezident İlham Əliyevi) təbrik etmək istəyirəm. Bu tərəqqiyə görə Azərbaycan vətəndaşlarını təbrik etmək istəyirəm. Mən Sizin nailiyyətlərinizə görə sevinirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO