Naxçıvan Ali Məclisin iclasında bu deputatların mandatı ləğv olunacaq

Naxçıvan Ali Məclisin iclasında bu deputatların mandatı ləğv olunacaq

Hazırda oxunan: Naxçıvan Ali Məclisin iclasında bu deputatların mandatı ləğv olunacaq

110805

Hazırda Naxçıvan MR Ali Məclisinin qapalı iclası keçirilir.

Bizim.Media manset.az-a istinadən xəbər verir ki, iclasda Ali Məclisdə təmsil olunan 45 deputat iştirak edir.

Qapalı keçirilən iclasa Muxtar Respublikanın heç bir naziri və rayon icra başçıları dəvət olunmayıb.

İclasın gündəliyi barədə rəsmi məlumat yoxdur. İclasda Ali Məclisin sədri Vasif Talıbov da iştirak edir.

Ali Məclisin iclasında iki deputatın mandatının ləğv olunacağı gözlənilir. Bunlar Seymur Talıbov və Zəbur Bağırovdur.

Naxçıvanda keçirilən əməliyyatlarla bağlı Naxçıvan Mərkəzi Xəstəxanasının baş həkimi, deputat Zəbur Bağırov istintaqa cəlb olunub.

Qeyd edək ki, Seymur Talıbov Ali Məclisin sədri Vasif Talıbovun oğludur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO