Naxçıvan Ali Məclisi TƏCİLİ TOPLANDI

Naxçıvan Ali Məclisi TƏCİLİ TOPLANDI

Hazırda oxunan: Naxçıvan Ali Məclisi TƏCİLİ TOPLANDI

110793

Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.

Bizim.Media xəbər verir ki, iclasa Muxtar Respublikanın nazirləri dəvət almayıb.

İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib.

Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO