Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi - FOTO

Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi - FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi - FOTO

110782

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, Mehriban Əliyevanın “Instagram” hesabındakı paylaşımında bildirilir:

“Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO