“Rusiya sülhməramlıları faydalı qazıntı yataqlarının icazəsiz istismarına icazə verməklə öz səlahiyyətlərindən açıq şəkildə sui-istifadə edirlər. Sülhməramlılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə icazəsiz girişin qarşısını almaq və şübhəsiz ki, zorakılıq və iğtişaşlara səbəb ola biləcək hər hansı insidentin qarşısını almaq üçün oradadırlar”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı amerikalı analitik, insan hüquqları üzrə ekspert İrina Tsukerman deyib.
Sülhməramlıların qanuni fəaliyyətlərindən fərqli olaraq davranış sərgilədiyini şərh edən amerikalı analtik hesab edir ki, onlar, sülhdən çox münaqişədə maraqlıdırlar.
“Onlar nəinki Azərbaycanın milli suverenliyinin pozulmasının davam etməsinə imkan verir, həm də akkreditə olunmuş müşahidəçilərin səslərini eşitməsinə mane olurlar. Bu, iki nəticəyə gətirib çıxarır - sülhməramlılar qeyri-qanuni hasilatdan qeyri-münasib mənfəətlər əldə edirlər və onların orada məqsədi sülhü təmin etməkdənsə, konkret geosiyasi gündəmi irəli sürməkdir.
Neytral arbitr (mübahisələri münsiflik yolu ilə həll edən vasitəçi) kimi çıxış etməyən və Ermənistanla güclü hərbi əlaqələri olan ölkədən gələn bir qrup insanın yerli fəaliyyətdə vasitəçilik etməkdə necə həlledici rol oynaması anlaşılmazdır”, - deyə İ.Tsukerman qeyd edib.
Azərbaycanın təbii sərvətlərinin talanmasına diqqət çəkən xanım Tsukerman əlavə edib ki, təşkil edilən aksiya beynəlxalq hüquqa uyğun olaraq, xalqın haqsızlığa “dur” deməsi baxımından vacib addımdır.
“Qeyri-qanuni mədənlərə gəlincə, Azərbaycan hakimiyyəti öz qanunlarını tətbiq etməlidir. Ancaq aydındır ki, yerli ermənilər bütövlükdə qanunsuzluqdan heç bir fayda görmürlər. Rusiya sülhməramlıları Azərbaycanın ərazi bütövlüyü kimi Ermənistanla yenidən əlaqə qura bilmək imkanlarından narahatdırlar. Bu sülhməramlıların qeyri-qanuni mədənçilərin maraqlarını yerli ermənilərin Ermənistana daxil olmaq marağından üstün tutması çox şeydən xəbər verir və bu işdə iştirak edən hər kəs üçün həyəcan siqnalı olmalıdır. Onların da yerli ermənilərə yolları bağlayan və ya qazı kəsən tərəfin Azərbaycan olduğunu iddia edən dezinformasiyaların yayılmasında əli var. Bu saxta xəbərlər beynəlxalq mediaya da yayılaraq Bakını gözdən salmağa çalışır. Bir həftədən sonra Azərbaycan müdaxilə edib böhrana son qoymalıdır. Onun antiazərbaycan dezinformasiya cəhdlərini dayandırmaq və yerli erməniləri təlqin edən təlqin dövrünə son qoymaq imkanı var. Bu, həm də onların Azərbaycan vətəndaşlığını qəbul etmələri, cəmiyyətə tam şəkildə cəlb olunmasından bəhrələnmələri, Rusiya sülhməramlılarının manipulyasiyasına və İrəvandan ilhamlanan parçalanmaları istismar etmək və Azərbaycanın təbii sərvətlərinə iddialarını sarsıtmaq manevrlərinə son qoymaqla onları inteqrasiya etmək imkanıdır”.
Analitik hesab edir ki, tam inteqrasiya üçüncü tərəflərin müdaxilə rolunu da məhdudlaşdıracaq. Nəhayət, Bakı rəsmiləri beynəlxalq mediada son böhranın səbəblərini açıqlamalı və yolların bağlanması və qazın kəsilməsi ilə bağlı dezinformasiyaya son qoymalıdırlar.
“Ağ Evin ABŞ-ın müttəfiqi hesab edilən iki ölkə arasında münaqişələrə qarışmaq istəməməsi bir yana, bu vaxta qədər Vaşinqton üçün prioritet olmadığı üçün ABŞ vəziyyətlə bağlı indiyədək dişsiz bəyanatlar verib.
Bununla belə, Aİ Azərbaycana qarşı birtərəfli sanksiyalar tətbiq etmək üçün müxtəlif rusiyapərəst və iranpərəst partiyalar, erməni diasporu və Fransa tərəfindən daim təzyiq altındadır. Enerji böhranı şəraitində həssas bir zamanda bu, Aİ-nin ödəyə bilməyəcəyi bir şeydir.
Ən yaxşısı bu gərginliklərə son qoymaq və əslində nə baş verdiyini aydınlaşdırmaqdır. Aİ və Bakı yalnız müsbət münasibətlərdən və regionda sülhün qurulması və qeyri-qanuni və ətraf mühitə qarşı fəaliyyətin məhdudlaşdırılması sahəsində əməkdaşlıqdan faydalana bilər”, - deyə İrina Tsukerman əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:15 / 21.12.2022
Amerikalı analitik: “Laçın yolunda baş verənlərə görə Aİ-yə güclü təzyiqlər var” – SİYASİ TƏHLİL
Hazırda oxunan: Amerikalı analitik: “Laçın yolunda baş verənlərə görə Aİ-yə güclü təzyiqlər var” – SİYASİ TƏHLİL
Hazırda oxunan: Amerikalı analitik: “Laçın yolunda baş verənlərə görə Aİ-yə güclü təzyiqlər var” – SİYASİ TƏHLİL
110680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.