"30 illik erməni işğalı nəticəsində Ağdam şəhərindəki dağıntılar İkinci Dünya Müharibəsi illərində Varşavadakı dağıntılarla müqayisə oluna bilər".
Bizim.Media xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski polyak memarların Bakının imicinin formalaşmasına təsirinə həsr olunmuş fotosərgi zamanı deyib.
Səfir Ağdamın və Azərbaycanın işğaldan zərər çəkmiş digər şəhərlərinin bərpa olunacağına ümid etdiyini bildirib.
O, əlavə edib ki, Polşa şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına maraq göstərir.
Poborski vurğulayıb ki, sərgidə nümayiş etdirilən bütün fotoşəkillər Polşada yaşayan azərbaycanlı fotoqraf tərəfindən çəkilib.
“Bu unikal sərgi Bakının imicinin formalaşmasında polşalı memarların təsirinə baxışı nümayiş etdirir", - deyə o bildirib.
Bizim.Media
![Ağdamdakı dağıntılar 2-ci Dünya Müharibəsinin Varşavasını xatırladır - Polşa səfiri Ağdamdakı dağıntılar 2-ci Dünya Müharibəsinin Varşavasını xatırladır - Polşa səfiri](https://bizim.media/file/articles/2022/12/20/1671540997_sd.png)
- A-
- A
- A+
Siyasət
16:59 / 20.12.2022
Ağdamdakı dağıntılar 2-ci Dünya Müharibəsinin Varşavasını xatırladır - Polşa səfiri
Hazırda oxunan: Ağdamdakı dağıntılar 2-ci Dünya Müharibəsinin Varşavasını xatırladır - Polşa səfiri
Hazırda oxunan: Ağdamdakı dağıntılar 2-ci Dünya Müharibəsinin Varşavasını xatırladır - Polşa səfiri
110662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.