Ermənistan Qarabağdakı ermənilərin sayı barədə yalan məlumatlar yayır – XİN 

Ermənistan Qarabağdakı ermənilərin sayı barədə yalan məlumatlar yayır – XİN 

Hazırda oxunan: Ermənistan Qarabağdakı ermənilərin sayı barədə yalan məlumatlar yayır – XİN 

110638

“Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xankəndi-Laçın yolunun “blokadası” və Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterində yazıb.

“Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür”, - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO