“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özəlləşdirsin”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Dünyaya demokratiya dərsi keçən Fransa özü bu normaları kobud şəkildə pozur. Bütün hədlər aşmış Fransa bu gün Korsikada tamamilə insanlığa sığmayan addımlar atır. Onlar sadəcə öz dillərində danışmaq istəyirlər.
Fransa isə onları öldürür, həbsə salır. Həmçinin öz siyasi opponentlərini həbsxanada qətlə yetirirlər.
Bu gün Fransanın özünü Avropada aparıcı ölkə kimi təqdim etdiyi halda, Azərbaycanın daxilində separatçılığı dəstəkləyib, öz daxilindəki cinayətləri görməmək haqqı yoxdur.
Biz Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq. Hesab edirəm ki, bu məsələni BMT-də də qaldırmaq lazımdır. Azərbaycana qarşı mübarizə aparan Fransa kimi dövlətlər bilməlidir ki, biz buna qarşı öz etiraz səsimizi qaldıracağıq ”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:20 / 20.12.2022
Komitə sədrindən Fransaya ETİRAZ: “Buna haqqı yoxdur”
Hazırda oxunan: Komitə sədrindən Fransaya ETİRAZ: “Buna haqqı yoxdur”
Hazırda oxunan: Komitə sədrindən Fransaya ETİRAZ: “Buna haqqı yoxdur”
110566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.