Pakistan və Gürcüstandan Laçın yolundakı eko aksiyasına DƏSTƏK

Pakistan və Gürcüstandan Laçın yolundakı eko aksiyasına DƏSTƏK

Hazırda oxunan: Pakistan və Gürcüstandan Laçın yolundakı eko aksiyasına DƏSTƏK

110537

Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib.

Belə ki, sənəddə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir.

Bizim.Media xəbər verir ki, sözügedən bəyanata dəstək olaraq artıq bir neçə müsəlman gənclər təşkilatı IƏGF Avrasiya Regional Mərkəzinin bu aksiyasına öz dəstəklərini bildiriblər. 

Bu yaxınlarda Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutu və Gənc Diplomatiya Forumu, eləcə də Gürcüstan Müsəlman Gənclər Mərkəzi müvafiq bəyanatlarla çıxış ediblər. 
Bəyanatlarda ilk növbədə Azərbaycanın Qarabağ üzərində suverenliyi prinsipi vurğulanaraq, şəffaf şəkildə monitorinqin keçirilməsi və azərbaycanlı ekoloqların fəaliyyətinə tam şəraitin yaradılması  tələb kimi irəli sürülür, ermənilərin qanunsuz fəaliyyəti nəticəsində bu bölgədə ətraf mühitə vurulan zərər pislənilir, bunun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə zidd olduğu xüsusi qeyd olunur.

Hər iki bəyanatda İƏGF Avrasiya Regional Mərkəzinin başladığı eko aksiyaya həmrəylik və dəstək ifadə olunur.

Gürcüstan Müsəlman Gənclər Mərkəzi verdiyi bəyanatda bu yaxınlarda Qarabağ ərazisinə xarici blogerlərin səfəri zamanı bölgənin ekosisteminin ciddi ziyana məruz qaldığı qeyd olunub, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında ermənilərin həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər kəskin pislənilib.
Xatırladaq ki, İƏGF-ARM 56 İƏT ölkəsinin aparıcı gənclər hərəkat və strukturlarını özündə birləşdirən beynəlxalq qurum - İƏT Gənclər Forumunun regional təşkilatıdır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO