Sovet nostalgiyasından niyə qurtula bilmirik?

Sovet nostalgiyasından niyə qurtula bilmirik?

Hazırda oxunan: Sovet nostalgiyasından niyə qurtula bilmirik?

110524
Fazil Mustafa: “Bu sırf qeyrətlə, vətənpərvərliklə bağlı olan bir məsələdir”x9d

SSRİ-nin süqutundan 24 il keçsə də Azərbaycanda hələ də sovet nostalgiyası yaşanmaqdadır. Bunu əyani və qiyabi şəkildə də görürük. Yəqin ki, çoxlarımız xüsusən də yaşlı nəslin nümayəndələrinin dilindən tez-tez “sovet vaxtı hər şey daha yaxşı idi”x9d, “o dövrlərdə qayda qanun vardı”x9d və sairə kimi cümlələri eşitmişik. Ancaq bunun əksini düşünənlər də kifayət qədərdir. Ən kədərlisi isə odur ki, ötən əsrdə dünyanı qana çalxamış rus bolşevizmi ideologiyası çoxdan iflasa uğrayıb tarixin zibilliyinə gömülsə də, onun yaradıcılarının və daşıyıcılarının adı ölkəmizdə hələ də “yaşayır”x9d.xa0

Belə ki, hələ də paytaxtda və rayonlarımızda bu bolşeviklərin adını daşıyan küçələr qalmaqdadır. Məsələn qədim tarixə malik Şəkidə bir neçə bolşevikin adını daşıyan küçələr var. Ən pisi isə odur ki, burada bir bolşevikin adını daşıyan bir neçə keçə mövcuddur. Məsələn Xanlar və Xanlar Səfərəliyev küçələri. Halbuki xa0Azərbaycanın müstəqillik əldə etməsində kifayət qədər rol oynamış dahi şəxsiyyətlər var ki, onların adına küçə adları ümumiyyətlə yoxdur. Bizə SSRİ-ni xatırladan yalnız küçə adları deyil. Təəssüf ki, paytaxtda elə yerlər var ki, hələ də orada lövhələr kril əlifbası ilə yazılıb və sovet dönəmindən qalmadır. Turistlərin daha çox getdiyi İçərişəhərdə də bəzi nüanslar insanları sovet nostalgiyası yaşadır. Məslən burada satılan rus əsgərlərinin papaqları, Leninin, Stalinin büstü, Leninin şəkli həkk olunmuş xalçalar, SSRİ illərindən qalma müharibədə qazanılan medallar və sairə bizə bunu deməyə əsas verir.xa0

Bundan başqa Azərbaycanın görkəmli şəxsiyyətlərinin dəfn olunduğu Fəxri Xiyabanda köhnə kommunistlərin də qəbri qalmaqdadır. Bu qəbirlərdən birinin daşının üzərində yazılmışdı: “Müsavat qatillərinin əli ilə öldürülmüş Mirfəttah Əli oğlu Musəvi 1891-1919". Bu cümlə rusca da məzarın üzərində yazılıb. Digər bir qəbirdə isə bu cür yazılıb: ”x9dMüsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu bolşevik Əli Bayram oğlu Bayramov 1889-1920”x9d.
Bu məzmunda daha bir neçə qəbir vardı.xa0

Deputat Fazil Mustafa sovet nostalgiyasının yaddaşlardan silinməsi üçün insanların beynində ədalət anlayışının yerləşməsinə ehtiyac olduğunu bildirdi: “Sovet ideologiyasının beyinlərdən çıxması üçün müstəqilliyin insan həyatında ədalətlilik anlayışının yerləşməsinə ehtiyac var. Müstəqillik gələndən sonra cəmiyyətdə nə hüquq sistemində, nə də digər sahələrdə SSRİ sistemindən daha irəli gedən bir ədalət anlayışı müşahidə olunmadığına görə bu beədir. Məsələn biz Sovet məhkəməsinə daha rahatlıqla müraciət edirdik. Güvən məsələsi daha fərqli idi. Sovet məmurundan ən azı Moskvaya məktub yazanda problemin xa0həll edilmək imkanı vardı. İndi yüzlərlə ünvana adresə məktub yazırsan bir məmura toxunan və yaxud da həmin məmura məsuliyyətini xatırladan yoxdur. Bu isə insanlarda belə bir duyğu yaradır ki, heç olmasa Moskva imperiya mərkəzi də olsa, orada ədalətli bir rus məmuru çıxırdı və qanunsuz bir fəaliyyəti aradan qaldırmağa kömək edirdi. Amma Sovet sistemindən bir nostalgiyada qalıb ki, insanların düşüncə azadlığı haqqında görüşləri bir az məhduddur. Yəni insanlar özlərinin düşüncə azadlığı deyilən bir azadlığın mahiyyətini çoxu qəbul etmək. Yəni böyük əksəriyyət düşünmək istəmir. Sovet sistemi isə düşüncəni məhv edir, məhdudlaşdırırdı. Ən azı indiki şərtlərdə insanın düşüncə azadlığına əhəmiyyət verən bir model var. Bu da sevindiricidir ki, buna müstəqillik əsasında nail olmuşuq. Amma ədalət və müəyyən digər komponentlərdə sosial differensasiya məsələsi, bərabərsizliyin pozulması insanlarda təbii ki, belə bir nostalgiyanın qalmasına münbit bir zəmin yaradır”x9d.

Hələ də Azərbaycan Sovet nişanələrinin qalması məsələsinə gəlincə isə F.Mustafa bunun milli təəssübkeşliklə bağlı bir məsələ olduğunu dedi: “Bütövlükdə qəbirlərin, adların saxlanılması milli təəssübkeşliklə bağlıdır. Məsələn kim deyir ki, Əli Bayramlının qəbrini orada saxla və üstündə yaz ki, Müsavat cəlladları tərəfindən öldürülmüşdü. Bu vətən sevməzliyin, milli təəssübkeşliyin olmamasının bir nümunəsidir. Ona görə də bunu ayrıca xüsusi bir təlim keçmək yaxud da SSRİ ilə əlaqələndirmək doğru deyil. Hətta Mustafa Sufinin adına küçə var, amma Azərbaycanı xilas edən Nuru Paşanın adına küçə yoxdur. Yəni bu sırf qeyrətlə, vətənpərvərliklə bağlı olan bir məsələdir. Ayrı-ayrı məmurlarda bu olmayanda bunu yerinə qoymaq çox çətin olur və bir az da zaman alır”x9d.

Qeyd edək ki, Azərbaycan artıq müstəqil bir dövlətdir. Bizi dünyada təmsil edən dövlət atributlarımız - bayrağımız, himnimizdir. Bu dövlət atributlarını bizə M. Ə. Rəsulzadə başda olmaqla, Xalq Cümhuriyyəti varis qoyub. Buna görə də bizi daim əsarətdə saxlamaq istəyən SSRİ-ə aid nə varsa silib atmalı, müstəqilliyimizi əks etdirən nə varsa üzə çıxarmalıyıq. İşə kommunistlərin adına olan küçələri yığışdırmaqla, kommunistlərin qəbirlərini Fəxri Xiyabandan götürməklə başlamaq olar.(musavat.com)







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO