“Separatçı Ruben Vardanyan və ona təhlükəsizlik təminatı verən sülhməramlıların komandanı, general-mayor Andrey Volkov barəsində Azərbaycan Prokurorluğu cinayət işi açmalıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Laçın-Xankəndi yolunda cərəyan edən proseslərlə bağlı danışarkən deyib:
MÖVZU İLƏ BAĞLI:
“Volkov hərbi şərəfini itirmiş generaldır” – Professordan SƏRT TƏNQİD
“Ruben Vardanyan kimdir ki, qızıl yataqlarının istismarı ilə bağlı əmr versin. Bu məsələ həll olunandan sonra, təcili qaydada separatçı Ruben Vardanyan və ona təhlükəsizlik təminatı verən sülhməramlıların komandanı, general-mayor Andrey Volkov barəsində Azərbaycan Prokurorluğu cinayət işi açmalıdır. Çünki bu oğurluq işidir və bu iki nəfər əlbirdirlər. Azərbaycan dövlətinin varidatının, sərvətinin mənimsənilməsi cinayət tərkibidir. Ona görə də həmin iki şəxs barəsində dərhal cinayət işi açılmalı və həbsləri barədə qərar verilməlidir”.
Rüfət Sultan, Bizim.Media