Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, bununla əlaqədar Baş nazir İrakli Qaribaşvili artıq Rumıniyaya işgüzar səfərə yola düşüb.
Qaribaşvilinin “Yaşıl enerji”nin inkişafı və paylaşılmasında strateji tərəfdaşlıq” adlı plenar iclasda iştirak edəcəyi qeyd olunub.
İmzalama mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Rumıniya Prezidenti Klaus Verner Yohannis də iştirak edəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:53 / 16.12.2022
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji” üzrə saziş imzalayacaq
Hazırda oxunan: Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji” üzrə saziş imzalayacaq
Hazırda oxunan: Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji” üzrə saziş imzalayacaq
110004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.