“Bir neçə gündür ki, ekoloqlarımız Azərbaycan torpaqlarında ekologiyamıza vurulan ziyana etiraz edirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO
“Aksiyaçılarımız separatçı rejimin sülhməramlılarla birlikdə Qarabağda qanunsuz silah, narkotik dövriyyəsinə qarşı etirazlarını bildirirlər.
Biz hamımız onları dəstəkləyirik, aksiyaçıların yanındayıq. Onlar haqlı mübarizə aparırlar. Aksiyada xüsusən gənclər aktiv iştirak edirlər. Gənclərimiz göstərdi ki, onlar ermənilərin törətdiklərini nəinki unutmayacaqlar, hətta köhnə nəsildən daha fəaldırlar. Vaxtilə 20 Yanvarda gənclərimiz topun-tankın qabağında dayanmışdılar, indi də gənclərimiz sərvətlərimizin qarşısında dayanırlar“, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media