Yeni İl axşamı restoranlarda MASA QİYMƏTLƏRİ – “Şaxta baba, Qar qız da istəsəniz...”

Yeni İl axşamı restoranlarda MASA QİYMƏTLƏRİ – “Şaxta baba, Qar qız da istəsəniz...”

Hazırda oxunan: Yeni İl axşamı restoranlarda MASA QİYMƏTLƏRİ – “Şaxta baba, Qar qız da istəsəniz...”

109815

Yeni ili evində, ailəsi ilə bir süfrə arxasında qeyd etmək istəyənlər kimi, müxtəlif restoranlarda, konsert proqramlarında iştirakla keçirmək istəyənlər də az deyil. Amma bu hər kəsin cibinə uyğun deyil, bilmiş olasınız. Kim necə, kimlərlə, harada keçirəcəksə, buna uyğun da xərc çəkəcək.

Bu dəfə 31 dekabrı restoranda keçirmək istəyənlər üçün qiymətlər və Yeni il proqramları ilə bağlı kiçik bir araşdırma etmişik.

Bizim.Media-nın əməkdaşı paytaxt restoranlarının bir neçəsi ilə əlaqə saxlayaraq bayram proqramları və qiymətlərlə maraqlanıb.

Beləliklə, məlum olub ki, öncəki günlər üçün qiymətlər bir az münasib olsa da  bayram axşamını restoranda qeyd etmək istəyənlər adambaşına 150-300 manat xərcləməli olacaqlar.

Bir çox restoranlar qeyd etdilər ki, qiymətlər yerlərə görə dəyişir. Yəni, 1 nəfər üçün qiymət 100 manat nəzərdə tutulsa da, yerəmünasib 300 manata qədər ödəməli olduğumuzu deyən restoranlar da oldu. Bunu səbəbini də tələb-təklif prinsipi ilə əlaqələndirdilər. 

Menyuya gəldikdə isə əksər restoranlar standart təkliflərin olduğunu bildirdi. Yəni bütün masalar üçün eyni menyu nəzərdə tutulub. 

Əgər uşaqlarınızı da özünüzlə aparmaq istəsəniz, nəzərə almalısınız ki, bilet 6 yaşa qədər uşaqlar üçün ödənişsiz, 6 yaşdan 10 yaşa qədər yarım ödəniş, 10 yaşdan yuxarı isə tam ödənişlidir.

Gecənin əyləncəsi haqda da məlumat verən restoran təmsilçiləri qeyd etdilər ki, buraya rəqs və musiqi qruplarının, eyni zamanda Şaxta baba və Qar qızın iştirakı aiddir. Şənliyin müddəti gecə 2-3 aralığına qədər nəzərdə tutulub. 
Restoranlardan o da qeyd edildi ki, yaxşı yerlər məhdud saydadır, tələsmək tövsiyə olunur. 

Qeyd edək ki, bu qiymətlərin qənaətbəxş olduğunu düşünən və indidən yer sifariş edənlərlə yanaşı minimum əməkhaqqının 300 manat olduğunu deyərək bu qiymətlərin çox yüksək olduğunu hesab edənlər də var. 

Amma nə etməli, yaxşı əyləncə havayı olmur.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO