“Volkov hərbi şərəfini itirmiş generaldır” – Professordan SƏRT TƏNQİD

“Volkov hərbi şərəfini itirmiş generaldır” – Professordan SƏRT TƏNQİD

Hazırda oxunan: “Volkov hərbi şərəfini itirmiş generaldır” – Professordan SƏRT TƏNQİD

109814

Məlum olduğu kimi, Laçın yolunda ekologiya fəallarımızın aksiyası artıq dörd gündür ki, davam edir. Aksiyaçıların ilk tələbi olan Rusiya hərbi kontingentinin komandanı general Volkov isə hələ də qaçmağa davam edir.

Digər tərəfdən, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə fəaliyyətini davam etdirən separatçı qurumun ərazisində fövqəladə vəziyyət elan edilib. Dövlət naziri Ruben Vardanyan isə yenin yaradılan xüsusi qərargaha sədr təyin edilib.
Maraqlıdır, görəsən Rusiyanın aksiyaların uzanması ilə bağlı hər hansı planı varmı? Volkovun etirazlardan qaçması ilə Vardanyan təyinatını bir-birinə nə bağlayır?

Sualları Bizim.Media üçün cavablandıran politoloq Qabil Hüseynli qeyd edib ki, Volkovun aksiyaçıların qarşısına çıxmaması mütləq şəkildə Rusiyanın planı ilə bağlıdır:

“Artıq bu gün Moskvadan politoloqlar səviyyəsində hədələyici mesajlar da gəlməyə başlayıb. Başıboş bir hərbi ekspert Azərbaycanın Xəzər dənizindəki neft buruqlarını və Bakını raket atəşinə tutmağı təklif edib. Artıq Rusiya artıq öz məsuliyyətini itirmiş, beynəlxalq hüquq normalarını heçə sayan bir ölkəyə çevrilib. Sülhməramlıların Qarabağdakı davranışları da müstəmləkə ölkələrinin siyasətini xatırladır. 

Əgər sülhməramlı adı altında ərazimizə daxil olub, təbii sərvətlərimizin yağmalanmasından öz xeyirini götürürsə, həmin qüvvələrin komandanının hansı mənəviyyatından, hərbçi şərəfindən danışmaq olar. Volkov şərəfi, ləyaqəti olmayan bir komandandır. Ümumiyyətlə, onlar şərəflərini 366-cı moto-atıcı diviziyanın Xocalıda törətdikləri cinayət zamanı itiriblər. İndi də həmin ritorika davam edir.

Hadisələrin gedişindən isə belə görünür ki, dinc aksiyalarla istənilən nəticəni əldə etmək mümkün olmayacaq. Belə olan halda isə Azərbaycanın hərbi potensialından istifadə etməsi lazım gələcək”.
Qabil Hüseynli Qarabağda Vardanyanın əlinin güclənməsinə də münasibət bildirib:

“Vardanyan Rusiyanın emissarıdır. Moskva əvvəlcə onu Qarabağda rəhbər təyin etmək istəyir. Daha sonra isə Ermənistanda onu taxta çıxarmaq niyyətindədir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO