Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycanı nə GÖZLƏYİR? 

Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycanı nə GÖZLƏYİR? 

Hazırda oxunan: Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycanı nə GÖZLƏYİR? 

109806

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib. Prezdent qeyd edib ki, COVID-19-un yayılması ilə mübarizə aparılsa da, daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səylər gücləndirilməlidir.

O, öz ölkəsində bütün bunların yeni pandemiyaya hazırlaşmaq üçün edildiyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl isə “Microsoft”un yaradıcısı Bill Qeyts qeyd etmişdi ki, bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiya gözləyir.

Bundan əlavə koronavirusdan ölənlərin sayının 10 faiz artdığı bildirilir.

Maraqlıdır, Azərbaycan üçün yeni pandemiya təhlükəsi varmı?

Tanınmış radioloq-həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni virus törədicinin yayılması ilə bağlı məlumatlı deyil:

“Bizim ölkəmiz üçün COVID-19 pandemiyası bitib. Belə bir təhlükə yoxdur. Əhalinin çoxu yoluxub sağalıb, digər qismi isə peyvəndlənib. Bizim üçün COVID artıq tarixdir”, - deyə həkim qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO