“Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa ziddir və bu, Azərbaycan sərvətlərinin oğurlanmasıdır”.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir:
“Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Öhdələrinə düşəni etməlidirlər”.
XİN rəhbəri bu məsələdə Azərbaycanın haqlı olduğunu bildirib:
“Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:20 / 14.12.2022
“Azərbaycan haqlıdır, sülhməramlılar öhdələrinə düşəni etməlidirlər” – Çavuşoğlu
Hazırda oxunan: “Azərbaycan haqlıdır, sülhməramlılar öhdələrinə düşəni etməlidirlər” – Çavuşoğlu
Hazırda oxunan: “Azərbaycan haqlıdır, sülhməramlılar öhdələrinə düşəni etməlidirlər” – Çavuşoğlu
109617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.