Siyasilər Laçın yolundakı aksiyaya qatılacaqmı? – Partiyaların MÖVQEYİ 

Siyasilər Laçın yolundakı aksiyaya qatılacaqmı? – Partiyaların MÖVQEYİ 

Hazırda oxunan: Siyasilər Laçın yolundakı aksiyaya qatılacaqmı? – Partiyaların MÖVQEYİ 

109592

Xəbər verdiyimiz kimi, Xankəndi-Laçın yolundakı ekologiya fəallarımızın aksiyası artıq üç gündür ki davam edir. Və ölkə miqyasında aksiyaçılara ciddi dəstək diqqət çəkir.

Belə ki, ictimaiyyət nümayəndələri arasında aksiyalara qatılmaq istəyənlərin sayı kifayət qədərdir. Əksəriyyət zərurət yaranacağı təqdirdə Laçın yoluna getməyə və QHT-lərin başlatdığı aksiyaya dəstək verməyə hazır olduğunu bildirir.

Bəs, siyasilər necə düşünür?

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Bizim.Media-ya açıqlamasında vətəndaş institutunun nümayəndələrinin, jurnalistlərin çadır quraraq Xankəndi-Gorus yolunu bağlamasını alqışladığını bildirib:

“Mən və bütün partiyamız onlarla bərabərik. Ehtiyac duyularsa, Ana Vətən Partiyası da özünün çoxsaylı üzvləri ilə vətəndaş cəmiyyətinin fəallarıyla birgə bu aksiyada iştirak etməyə hazırdır. Sona qədər dayanmalı, sona qədər getməliyik”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, Laçın-Xankəndi yolunun bağlanması mübarizənin yeni mərhələsinə işarədir:

“Alqışlayıram və lazım olarsa, mən və partiyadaşlarımız da bu aksiyada iştirak edərik”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də digər sədrlərlə həmfikirdir:

“AXP olaraq, Laçın dəhlizində rus “sülhməramlı”larının özbaşınalığına qarşı etiraz olaraq dinc aksiya keçirən ictimai fəalların tələblərini müdafiə edir, onlarla tam həmrəylimizi bildirir və aksiya iştirakçılarına qoşulmağa şərait yaradılması üçün müraciət edirik”.

Milli Cəbhə Partiyasından da aksiyaçılara dəstək gəlib:

“Milli Cəbhə Partiyası Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasını dəstəkləyir və sülhməramlıların və erməni separatçılarının davranışından asılı olaraq həmin aksiyalara qoşulmağa da hazırdır. 

Çünki bu, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir. 10 noyabr bəyannaməsinin müddəalarına tam əməl edilmədikcə aksiyalar davam etməlidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO