“Beynəlxalq hüquq normalarını pozan sizsiniz” - XİN-dən Ermənistana 30 illik tarixi XATIRLATMA 

“Beynəlxalq hüquq normalarını pozan sizsiniz” - XİN-dən Ermənistana 30 illik tarixi XATIRLATMA 

Hazırda oxunan: “Beynəlxalq hüquq normalarını pozan sizsiniz” - XİN-dən Ermənistana 30 illik tarixi XATIRLATMA 

109428

“Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan Ermənistandır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin Ermənistan XİN-nin əsassız bəyanatına şərhində qeyd edilib. 

“Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırım siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır”, - deyə XİN-dən bildirilib. 

XİN-nin şərhində Ermənistana, Azərbaycan ərazilərində hərbi və mina təhdidlərini davam etdirən tərəf olduğu da xatırladılıb: 

“Qeyd olunmalıdır ki, məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir.  

Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO