“Bakı raket zərbəsi ilə Qarabağdakı qızıl mədənini məhv edə bilər” – Rasim Musabəyov

“Bakı raket zərbəsi ilə Qarabağdakı qızıl mədənini məhv edə bilər” – Rasim Musabəyov

Hazırda oxunan: “Bakı raket zərbəsi ilə Qarabağdakı qızıl mədənini məhv edə bilər” – Rasim Musabəyov

109355

“Ermənilər Bakının təbii sərvətlərimizin talanına son qoymaq əzminin gücünü sınamaq qərarına gəldilər və yanıldılar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat Rasim Musabəyov yazıb.

Onun sözlərinə görə, ekoloji fəalların etirazı “Qızılbulaq” yatağının yenidən istismarına və konsentratın Ermənistana ixracına reaksiyanın ən yumşaq formasıdır”.

Deputatin fikrincə, əgər bu siqnal Vardanyana, Arayık və digərlərinə çatmasa, o zaman bilməlidirlər ki, Bakı havadan raket və bomba zərbəsi ilə mədəni məhv edə, həmçinin qızıl konsentratı daşıyan avtomobilləri magistral yolda saxlaya bilər:

“Yeri gəlmişkən, Qarabağ erməniləri Ermənistandan elektrik və qazı Azərbaycanın nəzarətində olan kabel və boru kəmərləri ilə alır. Ümid edirəm ki, separatçı rejimin rəhbərləri ekoloji fəalların etirazlarına qulaq asacaq və yataqlarda qanunsuz mədən işlərinə son qoyacaq”.
Rasim Musabəyov qeyd edib ki, münaqişəni Bakının əlində olan güclü alətlərdən istifadə etməyə məcbur olacağı mərhələyə gətirmək çətin ki, onların maraqlarına uyğun deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO