ABŞ soyuq müharibəni “qızışdırdı” – DÜNYA yeni köhnə halına qayıdır

ABŞ soyuq müharibəni “qızışdırdı” – DÜNYA yeni köhnə halına qayıdır

Hazırda oxunan: ABŞ soyuq müharibəni “qızışdırdı” – DÜNYA yeni köhnə halına qayıdır

10934

“Dünyada cəmiyyətdə və elitalarda bir parçalanma var, dünya yeni ikiqütblülüyə, yeni bir soyuq müharibəyə doğru gedir” - bu sözləri dünənki çıxışı zamanı Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri Nursultan Nazarbayev qeyd edib.

Bu il ərzində postsovet məkanında, Orta Asiyada və bütün bölgədə kütləvi siyasi iğtişaşlar, dövlətlər arasında müharibələrin müşahidə oluduğunu bildirən Nazarbayev, inkişaf etmiş ölkələrdə belə, cəmiyyət və elitalar arasında parçalanma olduğuna diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dakı etirazlar - Ölkə parçalana bilərmi?


Analitiklərin fikrincə, dünya yeni ikiqütblülüyə doğru gedir.

Bu, yalnız müəyyən sahələrdə, rəqabət və inkişaf modellərində deyil, daha sərt bir mübarizə deməkdir; əslində Soyuq Müharibənin ikinci versiyası olan ideologiyalar döyüşünə qayıdırıq, deyə Nazarbayev əlavə edib.

Bu illər ərzində qurulan xarici siyasət prioritetlərinin yenidən müəyyən olunmasına gərək olduğunu bildirən Nazarbayev, balansın necə qorunmalı olduğunu ciddi şəkildə düşünməyə ehtiyac var deyə qeyd edib.

Nazarbayevin çıxışını özlüyündə müasir beynəlxalq münasibətlər sisteminin qısa şərhi kimi də dəyərləndirə bilərik.

Son 30 il ərzində dünya siaysətində baş evrən dəyişikliklərin fonunda beynəlxalq münasibətlər sistemi də dəyişikliyə məruz qalıb. Yeni münasibətlər sistemi əvvəlkilərdən olduqca fərqlidir.

1991-ci ildə SSRİ-nin dağılması ilə uzun illər Soyuq müharibənin hakim olduğu iki qütblü sistemi sona çatdı, bu sistemi ABŞ neo-liberalizminin hakim olduğu tək qütblü dünya modeli izlədi.

Bu zaman kəsiyində dünya siaysətindəki müəyyən edici faktor ABŞ-ın hərbi və ideoloji gücü idi. 

Lakin 11 sentyabr 2001-ci ildən etibarən dəyişən dünya nizamı ABŞ-ın fövqəl gücünü müəyyən mənada sarsılması ilə nəticələndi.

İraq, Əfqanıstanda uğursuz müharibələr, dünyanı bürümüş terrorizm kabusu göstərdi ki, artıq ABŞ-ın siyasi və hərbi hegemoniyası altındakı dünya o qədər də təhlükəsiz bir yer deyil. 

Bu gün artıq dünyadakı iqtisadi və hərbi güc balansı 90-cı illərlər eyni səviyyədə deyil. Çin və Rusiya kimi ölkələr müəyyən sahələrdə ABŞ-la rəqabətə cəhd edəcək qədər güclənməyi bacarıb.

Gücü əlində cəmləşdirən aktorların çoxalması beynəlxalq münasibətlər sistemini yenidən formalaşmasını zəruri edir.

Artıq çoxqütblü dünya sistemi içərisində yaşayırıq. Fərqli dövlətlər, fərqli iqtisadi və regional hərbi birliklər dünya siyasətində müəyyən edici rol oynamağa çalışır. Artıq fərqli regionlardakı münaqişələr ABŞ-ın müdaxiləsi olmadan həll olunur.

ABŞ-ın yeni hakimiyyəti bu yeri doldurmaq üçün klassik metodu tətbiq etmək zorunda qalıb.

Bayden problemlərin müzakirəsini açıq müstəvidən yenidən pərdəarxası məqamlarla dolu qapalı mühitə daşımağa cəhd göstərir.

Daha çox informasiya savaşına və xəfiyyəçilik metodlarına üstünlük verən bu model növbəti soyuq müharibənin “qızışması” ilə nəticələnəcək.

Nazarbayevin sözlərinin siyasi leksikonda tərcüməsi belədir:  Soyuq müharibənin ikinci fazası artıq başlayıb. Ancaq bu dəfə rəqabət tərəfləri ABŞ və SSRİ yox, ABŞ, Çin və Rusiyadır.

Üstəlik yeni dünya nizamında əsas güclər təkcə dövlətlər də deyil. İri transmilli koporayasiyalar, büdcələri əksər dövlətlərdən daha böyük olan şirkətlər də müəyyən edici güc olaraq çıxış edir.

Çoxqütblü dünya sisteminin təhlükəsizlik və xarici siyasət dinamikalarını da köklü sürətdə dəyişdirdiyini müşahidə etmək olur.

Yeni dünya nizamında kimin real “güc” olmasını ölkələrin bu dinamikaları dəyişən şərtlərə uyğunlaşmaqdakı bacarığı müəyyən edəcək. Alqoritimlər dəyişir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO