Maksim Şevçenko:

Maksim Şevçenko: "Qarabağın hər kvadratmetri Azərbaycanındır" - MÜSAHİBƏ

Hazırda oxunan: Maksim Şevçenko: "Qarabağın hər kvadratmetri Azərbaycanındır" - MÜSAHİBƏ

109306

Bir neçə gündür ki, Qarabağda müvəqqəti yerləşmiş sülhməramlıların azərbaycanlı ekologlar və QHT nümayəndələri ilə bağlı insidentləri ölkənin əsas gündəmini təşkil edir. Bundan sonra isə Laçın yolu bağlanıb və artıq Xankəndi ermənilərinin Ermənistanla əlaqələri tamamilə kəsilib.

Mövzu ilə bağlı Bizim.Media-ya müsahibə verən politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko bildirib ki, sülhməramlılar komandirlərinin əmrlərini həyata keçirir.

Həmin müsahibəni təqdim edirik:

- Cənab Şevçenko, yəqin ki, son proseslərdən xəbərdarsız.

- Bəli, prosesləri izləyirəm.

- Bizim gördüyümız mənzərə belədir. Sülhməramlılar azərbaycanlıları doğma torpaqlarına buraxmır. Sual yaranır, niyə?

- Rus sülhməramlıların öz mandatı var və buna uyğun davranırlar. Sülhməramlıların fəaliyyəti 3 tərəfli bəyanata əsasən qurulub. Əgər həmin əraziyə azərbaycanlılar buraxılmırsa, demək ki, bu, onların nizamnaməsinə uyğundur. Əsas məsələ budur ki, ərazidə baş verən münaqişə nədir? Niyə görə, Azərbaycanlılar əraziyə buraxılmır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı fəallar rus sülhməramlılarına ingilis dilində müraciət etdi - VİDEO


Ona görə ki, sülhməramlıların komandiri var. Onlar da, həmin əmrləri yerinə yetirir. Hərbi xidmətdə olan hər kəs bunu bilir. Onlar əmrə tabedir. Əgər komandir sizə "buraxma" desə, siz nə edərdiz? Buraxsanız sizə nə olacaqdı? Bunu əsgərlərdən (sülhməramlılar nəzərdə tutulur) soruşmaq lazım deyil. Bunun cavabı siyasətçilərdədir. 

- Rusiya tərəfi problemi həll etmək üçün nə kimi addımlar atmalıdır? Və ya nə kimi addımlar atacaq?

- Bu, mənim səlahiyyətimdə deyil. Sizin sualınız Sergey Lavrova ünvanlanmalıdır. Cavabı ondadır. Mən baş verən proseslərdən xəbərdaram. Bu barədə cənab Əliyevlə cənab Putin danışıblar. Mən çox yaxşı anlayıram ki, Putinlə Əliyev bir-birilərini çox yaxşı başa düşürlər. Mən belə düşünürəm ki, Azərbaycan bütün ərazilərinə nəzarət etməlidir. Qarabağın hər kvadratmetrinə nəzarət Azərbaycanda olmalıdır.

Bundan sonra siyasi proseslər gedəcək. Bura nə ekoloji, nə də jurnalistlər tərəfindən məsələ daxil deyil. Siyasi prosesə əsasən ərazi Azərbaycanındır. Prosesi həll etməli olan şəxlər ekologlar və jurnalistələr deyil, diplomatlardır.

Biz indi jurnalist və ekologları səsini eşidirik. Lakin siyasətçilərin səsini hələ ki, eşitmirik. Biz cənab Putinlə Əliyevin danışığı olduğunu bilirik. Mənə elə gəlir ki, münasibətlər normaldır. Lakin tam olaraq nəyin müzakirə olunduğunu bilmirik. Kremlin açıqlamasına görə, hər şey yaxşıdır. 
- Sülhməramlıların fəaliyyəti Azərbaycanda birmənalı qarşılanmır. Demək olar ki, əksər azərbaycanlı onların fəaliyyətindən narazıdır. Belə olduqda, yəni, vəsatət qaldırılsa, sülhməramlıların ərazidən tez ayrılması mümkün ola bilərmi?

- Sülhməramlıların ərazidən tez getməsi məsələsi 3 tərəfli bəyanatın müddəasında dəyişiklik olarsa, mümkün ola bilər. Bunun üçün müddəa dəyişməlidir. Əks təqdirdə bu, mümkün deyil.

- Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürlər.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO