Xəbər verdiyimiz kimi azərbaycanlı ekoloq və fəallar Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın gecə də davam edəcəyini bildiriblər.
Bizim.Media xəbər verir ki, sülməramlı kontingent əraziyə cəlb etdiyi əlavə şəxsi heyət üçün 2 ədəd daşınan səhra kazarmaları gətirib.
Hal-hazırda qurğuların yerləşdirilməsi üçün ruslara məxsus texnikalar ərazidə çalışır.
Bundan başqa Fövqaladə Hallar Nazirliyinin əməkdaşları azərbaycanlı aksiyaçılar üçün isti çadırlar və yeməklər gətirib. Əldə olunan məlumata görə yaxın saatlarda general-mayor A.Volkovun da əraziyə gələcəyi gözlənilir.
Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.