“Başqa namizəd olmadı, məni yenə sədr seçdilər” – Pənah Hüseyn

“Başqa namizəd olmadı, məni yenə sədr seçdilər” – Pənah Hüseyn

Hazırda oxunan: “Başqa namizəd olmadı, məni yenə sədr seçdilər” – Pənah Hüseyn

109202

Ötən gün Azərbaycan Xalq Partiyasının (AXP) növbəti 5-ci qurultayı keçirilib. Qurultayda partiyanın nizamnaməsinə dəyişiklik edilib, yeni rəhbər orqanlar seçilib.

Qurultayla bağlı partiya sədri Pənah Hüseynin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, qurultayımız işçi qaydasında keçdi:

“Partiyamızın nizamnaməsinə görə 5 ildən bir qurultay keçiririk. Ötən gün də partiyanın səlahiyyətli orqanlarının səlahiyyət müddəti bitirdi. Ona görə də qurultayı bir qədər səssiz və yığcam şəkildə keçirdik. Biz qurultayımızı avqust ayında keçirtməyi nəzərdə tutmuşduq. Amma “Siyasi partiyalar haqqında” qanun layihəsi bizi bir qədər gözləməyə vadar elədi. Nizamnamədə nəzərdə tutulmuş prodsedur məsələlər müzakirə olundu, yeni rəhbər orqan seçildi”.

Pənah Hüseyn onu da əlavə etdi ki, qurultaya 61 nümayəndə seçilmişdi, onlardan 41-i iştirak elədi:

“Məndən başqa partiya sədrliyinə namizəd olmadığından yekdilliklə yenidən etimad qazandım. Qurultaya xüsusi qonaqlar dəvət olunmamışdı. Bununla belə bizimlə eyni məkanda fəaliyyət göstərən AMİP, Ağ Partiya və BAP-ın sədrləri təbriklə çıxış etdilər”.

Partiya üzvlərinin sayından danışan Pənah Hüseyn onu bildirdi ki, AXP-nin üzvlərinin sayı hal-hazırda 1500-dən artıqdır:

“Yeni qanun layihəsinin tələbinə görə biz də partiya üzvlərinin sayını artırmalıyıq. Qurultayda bunu ciddi şəkildə müzakirə etdik. Ümumi fikir belə oldu ki, partiya üzvlərinin sayını artırmaq üçün imkanlar var. İndi oturub yeni qanunun qüvvəyə minəcəyi günü gözləyirik. Ondan sonra biz nə edəcəyimizi daha aydın biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO