Azərbaycanlı general Türkiyə ordusunda xidmət edəcək? – EKSPERT 

Azərbaycanlı general Türkiyə ordusunda xidmət edəcək? – EKSPERT 

Hazırda oxunan: Azərbaycanlı general Türkiyə ordusunda xidmət edəcək? – EKSPERT 

109201

Xəbər verdiyimiz kimi, Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb. Bu təyinatda əsas məqsəd Azərbaycan Ordusunun Türkiyə Ordusu standartlarına uyğunlaşdırılmasına hesablanıb. 

Qeyd edək ki, 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa bəyannaməsi iki ölkə arasında hərb sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutur.

Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində imzalanan müqavilələr də iki ölkənin daha sıx əməkdaşlığını vacib edir. Turan Birliyi də günü-gündən güclənir ki, burada da əsas rolu məhz Ankara ilə Bakı oynayır. Bütün bu məqamlar Türkiyədən olan hansısa bir general və digər rütbəli hərbçilərin Azərbaycan Ordusunda xidmət etməsinə imkan verir. Görünən odur ki, anoloji proses daha geniş vüsət alacaq. Hətta Azərbaycanın hansısa zabiti, generalı Türkiyə Ordusunda da xidmət edə bilər.   

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, Türkiyədən olan generalın Azərbaycan Ordusunda xidmətə başlamasına ilk növbədə iki qardaş ölkə arasında imzalanan hərbi müqavilələr və son olaraq Şuşa bəyannaməsi imkan verir:

“Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi iki ölkənin tale yüklü məsələləri, təhlükəsizlik, iqtisadi-əməkdaşlıq məsələlərində birgə əməkdaşlığı  üçün ilk başlanğız addım oldu. Bəyannamədə çox istiqamətli əməkdaşlıq və strateji addımlar müəyyənləşib. Onlardan biri də hərbi müstəvidə əməkdaşlıqla bağlı tədbirlərdir. Bu yaxnlarda Azərbaycan Prezidenti bəyan etdi ki, Türkiyənin təhlükəsizliyinin təmin olunması məqamında Azərbaycan Ordusu Türkiyə Ordusunun yanında olacaq.
 

Eyni zamanda, Azərbaycanın təhlükəsizliyi məsələsində də Türkiyə Ordusu birgə iştirak edəcək. Şuşa bəyannaməsi bu ideyanı bir daha çöhkəmləndirib. Bu mənada Türkiyədən olan yüksək rütbəli zabitlərin Azərbaycan Ordusunda xidmət etməsi də məhz Şuşa bəyannaməsi və ondan əvvəl iki qardaş ölkə arasında hərbi sahədə imzalanan digər müqavilələrdən irəli gələn məqamlardan doğur.


Bu addım Azərbaycan və Türkiyənin hərbi müstəvidə daha da yaxınlaşmasına rəvac verəcək. Artıq Türkiyə ilə Azərbaycanın təhlükəsizliyi məsələsi hər iki dövləti eyni səviyyədə maraqlandırır. Ordumuzun Türkiyə Orsusu sisteminə keçidi də bu amilin vacib olduğunu önə çıxarıb”. 

Həmsöhbətimizə görə, son gəlişmələr həm də onu göstərir ki, atılan bu addıma Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən proseslər də öz təsirini göstərib:

“Türkiyədən olan generalın Azərbaycan Ordusunda xidmətə başlaması addımı da ondan xəbər verir ki, artıq Bakı ilə Ankaranın timsalında Türk Dövlətləri Birliyi daha təkmil səviyyəyə çatacaq. Gələcəkdə belə tendensiyalar daha da artacaq. Hətta Azərbaycanlı generalların Türkiyə Ordusunda da xidmət edə bilər. Bu da gözləniləndir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO