“Sülhməramlıların iştirakı ilə təxribat hazırlandığının şahidi olduq” - Azay Quliyev

“Sülhməramlıların iştirakı ilə təxribat hazırlandığının şahidi olduq” - Azay Quliyev

Hazırda oxunan: “Sülhməramlıların iştirakı ilə təxribat hazırlandığının şahidi olduq” - Azay Quliyev

109177

Bizim.Media xəbər verir ki, başlıqdkı fikri deputat Azay Quliyev son günlər Laçın yolunda baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO


Deputat deyib ki, dekabrın 3-də Azərbaycanın müvafiq dövlət qurumları ilə sülhməramlılar arasında şifahi anlaşma olub: 

“Bu anlaşmaya görə, dekabrın 7-si və 9-da İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət ekspertlər qrupu Xocalıda əraziyə baxış keçirməli idilər. Lakin biz bilavasitə sülhməramlıların iştirakı və ssenarisi ilə təxribat hazırlandığının şahidi olduq.

Bu təxribata Azərbaycan nümayəndə heyətini cəlb etmək istədilər və əsas məqsəd də azərbaycanlı ekspertlərin həmin əraziyə buraxılmasına mane olmaq idi.  Əgər azərbaycanlı ekspertlər əraziyə buraxılardısa, orada Moskvadan gətirilmiş Vardanyan adlı biri ilə təmas qurmasına nail olmaq istəyirdilər. Hesab edirik ki, bu Rusiya sülhməramlılarının mandatının kobud şəkildə pozulmasıdır, onların missiyasına aid olmayan təxribat fəaliyyətidir. Sülhməramlılar özlərinin də etiraf etdikləri kimi Laçın yoluna nəzarət edə bilmirlər.

Laçın yolundan silah-sursat daşıyırlar. Xankəndi və ətraf ərazilərdə separatizm meyllərini daha da qızışdırırlar: 

Daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

Aləmdə Nəsib, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO