Tofiq Zülfüqarov Heydər Əliyev tərəfindən istefaya göndərilməsinin səbəbini açıqladı – İLK DƏFƏ

Tofiq Zülfüqarov Heydər Əliyev tərəfindən istefaya göndərilməsinin səbəbini açıqladı – İLK DƏFƏ

Hazırda oxunan: Tofiq Zülfüqarov Heydər Əliyev tərəfindən istefaya göndərilməsinin səbəbini açıqladı – İLK DƏFƏ

109126

Ümummilli lider Heydər Əliyev böyük bir məktəb idi. O məktəbdən keçmiş hər bir kəs geniş təcrübə əldə etmək imkanı olub. Ulu Öndərin anım günündə bir zamanlar onun rəhbərliyi altında işləmiş Töfiq Zülfüqarovla söhbət etdik.

Tofiq Zülfüqarov Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu ikinci dönəm, 1998-99 –cu illərdə Xarici İşlər naziri postunu tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür


-Tofiq müəllim, 2 il Dahi öndərin rəhbərliyi altında işləmək Sizə nə verdi? 

-Mən Ümummilli liderin rəhhbərliyi altında işlədiyim illəri həyatımın ən uğurlu dönəmi sayıram. 2 ildə öyrəndiklərim sonrakı həyatıma çox böyük təsiri oldu. 

- Daha çox nəyi öyrəndiniz?

- Dahi öndərdən çox şey öyrəndim. Onlardan biri də ideal idarəetmə təcrübəsi idi. O istənilən məsələdə kollegial fikrə söykənirdi. Hər məsələyə dair mütəxəssisləri, ekspertləri dinləyirdi və bundan sonra qərar verirdi. Baxmayaraq ki, istənilən məsələdə onun ən doğru və düzgün qərar vermək imkanı vardı. Bununla belə, dövlətçilik və milli məsələlərdə Heydər Əliyev cənabları daha həssas davranırdı. Daha çox fikir almağa çalışırdı. İstənilən məsələ ilə bağlı o, 4-5 yerdən məlumat alırdı. Və verdiyi qərarlarda da səslənən təkliflərə yer verirdi. Maraqlı cəhət o idi ki, Heydər Əliyev hər bir adama öz fikrini normal və əhatəli şəkildə ifadə etmək imkanı tanıyırdı. Heç bir inzibatçılıq yox idi. 

- Bəs verilən qərarların icra prosesi necə olurdu?

- O da maraqlı bir proses idi. Ümummilli lider alınmış qərarların icarını da kollegial şəkildə həyata keçirirdi. İstənilən qərarın icrası zamanı müvafiq rəhbər şəxslər toplanırdı, hər kəs öz öhdəliyini aydın şəkildə bilirdi. Bundan başqa hər bir rəhbər şəxs qərarın icra mexanizmini öz ideyası kimi qəbul edirdi və daha məsuliyyətlə yanaşırdı. Mən onun idarəetmə texnologiyasına çox həsəd aparırdım. Və o zamanlar belə texnologiyadan heç də bütün dövlət rəhbərləri istifadə etmirdi.

- Siz bir XİN rəhbəri kimi Dahi öndəri xarici səfərlərdə müşayət edirdiniz. Yadınızda qalan hadisələrdən birini danışardınız...

- Hadisələr çox olub. Amma mən bir maraqlı xatirəni danışacam. Heydər Əliyev cənabları bütün xarici səfərlərində Qarabağla bağlı məsələni hər zaman önə çəkirdi. Və fikirlərini qarşı tərəfə daha əyani və təsirli şəkildə çatdırmaq üçün özü ilə Azərbaycanın xəritəsini gəzdirirdi. Və bu xəritədə Azərbaycanın işğal olunmuş əraziləri, məcburi köçkünlər və digər məsələlərlə bağlı müfəssəl məlumatlar vardı. O, bütün dövlət başçılarına yorulmadan Azərbaycanın üzləşdiyi vəziyyəti izah edirdi. Və bu zaman əlindəki göstərici ilə xəritədə hər bir detalı qarşı tərəfə izah edirdi.

Bir dəfə ABŞ-a səfərimiz vardı. NATO-nun 50 illiyi ilə bağlı. Mən təklif etdim ki, göstərici əvəzin cənab prezident fanardan istifadə etsin. Çünki, bu daha rahat idi. Görüş zamanı isə Heydər Əliyev cənabları yenə göstəricidən istifadə etdi. Sonra bunun səbəbini Ümummilli liderin köməkçisindən soruşdum. O da gülümsəyərək bildirdi ki, cənab prezident dedi ki, “göstərici ilə fikirlərimi daha əyanı və canlı ifadə edirəm”.

- Bəs, vəzifədən getməniz necə oldu? 1999-cu ilin oktyabrında birdən-birə Vəfa Quluzadə, Eldar Namazov və Siz istefaya göndərildiniz?

- Dövlətçiliyin qurulması və inkişaf etdirilməsi çox çətin bir prosesdir. O zaman, Azərbaycana təsirlər və təzyiqlər çox güclü idi. Lazım idi ki, bizim mövqeyimiz təkcə dövlət strukturlarında olanlar tərəfindən deyil, həm də ictimaiyyət tərəfindən də eşidilsin. Biz qarşı tərəfdə daha faydalı ola bilərdik. Təsadüfi deyil ki, bizim istefaya göndərilməyimizdən sonra Azərbaycan ictimaiyyətinin səsi dünyada daha yaxşı eşidilməyə başladı. Hesab edirəm bu bir faydalı addım oldu. Məhz bunun nəticəsində Azərbaycanın dövlət olaraq mövqeyi Beynəlxalq aləmdə daha da gücləndi.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO