Xarici diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTO 

Xarici diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTO 

Hazırda oxunan: Xarici diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTO 

108966

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər dekabrın 10-da Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfərdə iqamətgahı Bakı və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan və Qubadlı şəhərlərinin baş planları barədə təqdimatla çıxış edib.

Digər çıxış edənlər - Azərbaycan Respublikası Prezidentinin Zəngilan, Qarabağ və Şuşada xüsusi nümayəndələri Vahid Hacıyev, Emin Hüseynov və Aydın Kərimov qonaqlara görülən işlər barədə məlumat veriblər.
Brifinqdən sonra iştirakçılar Zəngilan şəhərinə yola düşüblər. Yolüstü Oxçuçayın keçdiyi ərazidə onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi tərəfindən Ermənistanın və bir sıra əcnəbi şirkətlərin məqsədyönlü şəkildə çaya tullantılar buraxmaqla törətdiyi ekoloji terror, vurulmuş ziyan barədə məlumat verilib.

Zəngilan şəhərində iştirakçılar Ermənistanın törətdiyi dağıntıların miqyası və hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məscid, habelə ilk yaşayış binası, məktəb və digər layihələrlə yaxından tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gələn xarici qonaqlara “Ağıllı kənd” layihəsi, kənd infrastrukturu, Arximed turbini tipli Su Elektrik Stansiyası barədə məlumat verilib. Səfər Qubadlı şəhərində davam etdirilib.
Qubadlıda qonaqlar Ermənistanın viran qoyduğu şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub, şəhər mərkəzinə və həyata keçirilən infrastruktur layihələrinə baxıblar.

Sonda səfərdə iştirak edən səfirlər və rəhbər şəxslər, diplomatik korpusun digər üzvləri və hərbi attaşelər, habelə Türkiyə Respublikasının dövlət qurumlarının nümayəndələri Zəngilan Beynəlxalq Hava Limanından xüsusi çarter reysləri ilə Bakı və Ankara şəhərlərinə yola salınıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO