“Əlbəttə Ermənistanla danışıqlar apara biləcək Azərbaycan nümayəndə heyətinin tərkibinin müəyyən edilməsi qanunverciliyə görə dövlət başçısı və Xarici işlər nazirinin səlahiyyətlərinə aid olan məsələdir. Düşünürəm ki, bütün hallarda Azərbaycanı XİN rəhbərinin biri çox ehtimal təmsil edəcək”.
Bizim.Media-ya açıqlamasında bunu deyən politoloq Elşən Manafov danışıqların aparılmasına ciddi ehriyacın olduğunu da dilə gətirdi.
MÖVZU İLƏ BAĞLI:
Moskvada ikinci görüşdə kimlər olacaq və nə müzakirə ediləcək? – Bəzi detallar məlum oldu
Moskvada ikinci görüşdə kimlər olacaq və nə müzakirə ediləcək? – Bəzi detallar məlum oldu.
“Baxmayaraq ki, Azərbaycan Prezidenti də, mövcud problemin həllində vasitəçi qismində çıxış edən Rusiyanın lideri Putin də bəyan edib ki, statusla bağlı hər hansı bir danışıqlara ehtiyac yoxdur. Bununla belə, nəzərə almaq lazımdır ki, biz Ermənistanla müharibənin hərbi fazasını uğurla tamamlamışıq”.
Elşən Manafovun fikrincə, danışıqların müzakirə obyekti Dağlıq Qarabağda da Azərbaycanın hüquq və qanunverciliyinin təmin edilməsidir. Digər tərəfdən...
“Müharibə və uzun illlər davam edən işğal nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyan da gələcək danışıqların müzakirə predmeti ola bilər. Bakı beynəlxalq hüquq normalarına görə iqtisadiyyatımıza dəyən ziyanın ödənilməsi ilə əlaqədar İrəvana qarşı iddia qaldıra bilər. Bu Azərbaycanın hüququdur.
Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin (ABŞ-Rusiya-Fransa) də maraqlı olduğunu nəzərə alsaq, Türkiyə də danışıqların davam etdirilməsinə müəyyən ehtiyac duyur.
Bu danışıqlarda həm də nəqliyyat-kommunikasiya xətlərinin açılmasından sonra İrəvanla münasibətlərimizin məlum marşrutu və xəritəsi də müzakirə olunacaq.
"Ən əsası da nəzərə almaq lazımdır ki, Ermənistan iqtidarının və İrəvanda hakimiyyətə iddia edənlərin, müxalifətin də hələ müharibə ritorikası var. Amma Ermənistan Azərbaycana qarşı savaş gücündə bir dövlət deyil”.
"Politoloq bildirdi ki, Ermənistan öz məsuliyyətini anlamalı və Azərbaycan dövlətçiliyi qarşısında öhdəliklər götürməlidir ki, “bundan sonra Azərbaycan torpaqlarına heç bir iddiası olmayacaq, Dağlıq Qarabağın statusu ətrafında danışıqlardan söhbət getməyəcək".
"Bölgədə qüvvələr nisbəti dəyişib, regionla bağlı yeni geosiyasi reallıqlar var. Bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması ilə bağlı müvafiq razılıqların əldə edilməsi də danışıqlarda müzakirə mövzusu omalıdır”,- deyə Elşən Manafov fikrini tamamladı
Anar Rəhimov, Bizim.Media