"Ermənistanın basdırdığı minalar bərpa işlərinə ciddi əngəl törədir" - XİN 

Hazırda oxunan: "Ermənistanın basdırdığı minalar bərpa işlərinə ciddi əngəl törədir" - XİN 

108786

“Məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə geri qayıtması sülh üçün vacib şərtdir. Ancaq təəssüf ki, bu proses gecikir, çünki Ermənistan tərəfindən bu ərazilərə yerləşdirilmiş minalar bu prosesi gecikdirir, bərpa işlərinə ciddi əngəl törədir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan və Avropa Şurası arasında 20 illik əməkdaşlığa həsr olunmuş Avropa Şurasının Bakıdakı Ofisi, Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Mahmud Məmməd-Quliyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin yalnız 25 faizi dəqiqdir:

"Minatəmizləmə prosesi davam edir, amma biz hələ də itkilər veririk. son iki ildə 268 vətəndaş minaların qurbanı olub, onların bir qismi həlak olub, bir qismi ciddi xəsarətlər alıb. Biz həmçinin, beynəlxalq təşkilatları bu problemin öhdəsindən gəlmək üçün Azərbaycana dəstək verməyə çağırırıq”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO