Ermənistanla sülh müqaviləsinin Rusiya mətnində nələr var? – Tofiq Zülfüqarovun AÇIQLAMASI

Ermənistanla sülh müqaviləsinin Rusiya mətnində nələr var? – Tofiq Zülfüqarovun AÇIQLAMASI

Hazırda oxunan: Ermənistanla sülh müqaviləsinin Rusiya mətnində nələr var? – Tofiq Zülfüqarovun AÇIQLAMASI

108735

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair iki mətn var.

Onun dediyinə görə, bir variantı Rusiya, digərini isə Azərbaycan təklif edib: 

“Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir”. 

Azərbaycan mətni bəllidir. Bu barədə dəfələrlə yazılıb və deyilib. Maraqlıdır, bəs sülh müqaviləsinə dair Rusiya mətni nədən ibarət ola bilər? Rusiya versiyasında nələr öz əksini tapıb?

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, sülh müqaviləsilə bağlı Rusiya variantında status məsələsi yer ala bilər:

“Bu mövzuda Rusiya versiyası ilə tanış olmadığıma görə ehtimal şəklində nəyisə demək çətindir. Amma məntiqə və Moskvanın davranışlarına əsasən deyə bilərik ki, sülh müqaviləsilə bağlı Rusiya versiyasında bu və ya digər şəkildə gələcəkdə status məsələsinin həlli müddəası ola bilər.
Putinin çıxışlarında da bu barədə bəzi işarələr var. Ona görə də Rusiya versiyasında bu məqamın yer aldığını istisna etmirəm. Azərbaycanın Qarabağ məsələsinin öz həllini tapdığı barədə konkret mövqeyi var. Burada münaqişə və xüsusən də beynəlxalq vasitəçilik üçün hansısa proseslərə ehtiyac yoxdur. Azərbaycanın bu mövqeyini bir çox vasitəçilər qəbul etmək istəmir. Çünki əsas məqsədləri məsələni uzatmaqla münaqişəyə təsir mexanizmini saxlamaqdan ibarətdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO