“Siyasətə kənardan baxıram” – Etibar Məmmədovla MÜSAHİBƏ

“Siyasətə kənardan baxıram” – Etibar Məmmədovla MÜSAHİBƏ

Hazırda oxunan: “Siyasətə kənardan baxıram” – Etibar Məmmədovla MÜSAHİBƏ

108183

“Son dövrlər Fransanın Azərbaycana qarşı atdığı addımlar fonunda Bakı da Parisə münasibətdə müəyyən addımlar ata bilər. Azərbaycan Parisin belə bir mövqeyi qarşılığında onun ölkəmizdəki iqtisadi fəaliyyətini məhdudlaşdırmalıdır.

Digər bir tərəfdən, Fransanın vasitəçilik missiyasını rəsmi şəkildə ləğv etməliyik. O cümlədən, başqa sahələrdə də Parislə əməkdaşlığı minimuma endirməliyik”. 
Bu fikirləri Bizim.Media-ya müsahibəsində AMİP lideri Etibar Məmmədov səsləndirib. Onun fikrincə Azərbaycan indi daha inamlı görünür və addımlarını daha da sərtləşdirməlidir.

- Sizcə Qarabağ ətrafında son zamanlar nə baş verir? Danışıqlardan nə gözləyirsiniz? 

- Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparılır.

Qarabağ məsələsi isə nə Ermənistan, nə də başqa dövlətlə müzakirə olunmur. Bu Azərbaycanın daxili işidir. Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının mandatı, səlahiyyətlərinin çərçivəsi məsələsi də hələlik müəyyənləşməyib.

Tədricən onların səlahiyyətlərinin müəyyənləşməsi prosesi gedəcək. Azərbaycan onlar üzərində nəzarət funksiyasını həyata keçirməlidir və bu yöndə ilk addımlar atılır. Keçid məntəqəsində yüklərin yoxlanılması məsələsini bu yolda atılan ilk addım olaraq qiymətləndirə bilərik.
Bir müddətdən sonra Laçından keçən yol tamamilə ölkəmizin nəzarətinə götürülməlidir ki, sülhməramlılar orada özbaşınalıq edə bilməsinlər.

- Bir ara söhbət getdi ki, ilin sonuna qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq. Bu mümkündür, yoxsa proses uzanacaq?

- Dekabrın 7-nə Brüsselə təyin olunan görüş Paşinyanın qeyri-məqbul şərtilə əlaqədar baş tutmur. Bu mənada da sülh müqaviləsinin imzalanması uzanır. Belədə ilin sonunadək bu istiqmaətdə ciddi addımların atılacağına əmin deyiləm. 

- Sizin artıq siyasətə qayıtdığınızı deyə bilərikmi? 

- Yox, siyasətə kənardan baxıram, aktiv siyasi fəaliyyət göstərmirəm. İcraçı vəzifəm¸ rəsmi partiya vəzəfəm də yoxdur. Amma bir vətəndaş və partiyanın sıravi üzvü kimi müxtəlif hadisələrə öz münasibətimi bildirirəm. 2004-cü ildən partiyadakı vəzifədən istefa vermişəm. 

- Azərbaycanın ictimai-siyasi həyatına hansı faydaları vermək fikrindəsiniz? 

- Azərbaycanın milli və ictmai mənafelərilə bağlı tez-tez fikirlərimi bildirirəm. Lazım olanda məsləhətlərimi də verirəm. Sağ olsunlar, bəzi hallarda həmin məsləhətlərimi də nəzərə alırlar. Özünü proseslərin içində hesab edirəm, ondan kənarda deyiləm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO