Azərbaycanda ali təhsilə maraq azalır? – Ekspertdən SƏBƏBLƏR

Azərbaycanda ali təhsilə maraq azalır? – Ekspertdən SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanda ali təhsilə maraq azalır? – Ekspertdən SƏBƏBLƏR

108168

Azərbaycan müstəqillik əldə etdiyindən üzü bəri ölkədə çoxsaylı özəl və dövlət ali təhsil müəssisələri açılıb. Bu illər ərzində orta və ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də müəyyən addımlar atılıb. Bütün bunların fonunda görəsən ölkəmizdə ali təhsil almağa maraq artıb, ya azalıb?

Bizim.Media-ya açıqlama verən təhsil eksperti Ramal Şəmşədlinin fikrincə, son on ildə ölkəmizdə gənclərimizin ali təhsil almağa marağı ümumən azalıb:

“Son illər Azərbaycanda ali təhsil almağa maraq deyərdim ki, azalıb. Buna bir çox amillər təsir göstərir. Diplom alıb öz ixtisası üzrə iş tapa bilməyən, işsiz qalanların çox olması gənclərimizi ali təhsil almaqdan istər-istəməz əsasən yayındırır. Gənclər məhz bu amili nəzərə alaraq ali təhsilə elə də ciddi maraq göstərmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə təhsil alacaq hər tələbə üçün illik xərc NƏ QƏDƏRDİR?


Ekspert bildirir ki, ali təhsil almağa marağın azalmasına orta məktəblərdə dərs yükünün ağırlığı da öz təsirini göstərir.

Prosesə mənfi təsir göstərən məqamdan biri də həmsöhbətimizə görə, övladının təhsil almasında maraqlı olan valideynlərin maddi gəlirlərinin aşağı olmasıdır: 

“Bu səbəbdən çoxsaylı valideyn övladlarını repetitor yanına, xüsusi kurslara göndərə bilmir. Belədə, gənclərimizin ümidləri qırılır, ali təhsil almağa onlarda maraq itir”.

R.Şəmşədli deyir ki, ali təhsilə maraq azaldığı halda, peşə təhsili almağa maraq isə tədricən artır:

“Hər il orta məktəbin IX sinfindən peşə məktəblərinə üz tutanların sayı çoxalır”.

Rüfət Sultan, Bizim,Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO