"Səfirliyin açılması İsraildən Azərbaycana invesitisiyaları artıracaq" - Corc Dik

Hazırda oxunan: "Səfirliyin açılması İsraildən Azərbaycana invesitisiyaları artıracaq" - Corc Dik

108144

Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı tarixi qərarından çox məmnunuq.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Bu, ilk növbədə bütün dünyaya mesajdır ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır. Digər tərəfdən səfirliyin açılması Azərbaycanın İsraildə hökumət və siyasət qurucuları, eyni zamanda özəl sektorla təmasların artmasına təsir edəcək. Bu, eyni zamanda İsraildən Azərbaycana investisiyaları, o cümlədən texnologiya idxalını artıracaq" - deyə, İsrail səfiri qeyd edib.

O həmçinin əlavə edib ki, səfirliyin açılması bütün region ölkələrinə İsrail-Azərbaycan dostluğunun davamlığı olacağı mesajıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO